AZ

ABŞ vətəndaşı Rusiyada məhkəmə qarşısına çıxarılıb

 

Rusiyada məhkəmə Amerika vətəndaşı Gene Spektoru casusluq etdiyi üçün 15 il həbs cəzasına məhkum etdi.

Moskva Şəhər Məhkəməsindəki  iclasda tibbi cihaz təchizatçısı "Medpolimerprom" şirkətinin keçmiş rəhbəri Gene Spektor casusluqda təqsirli bilinib. Ona qarşı irəli sürülən ittihamı qəbul edən Spektora məhkəmə tərəfindən 15 il həbs cəzası və 14 milyon rubl (təxminən 140 min dollar) cərimə təyin edilib.

Spektor 2020-ci ildə dövlət işçisinə rüşvət verdiyi üçün həbs edilmiş və 2022-ci ildə 3,5 il həbs cəzasına məhkum edilmişdi. 2023-cü ilin avqust ayında onun barəsində casusluq şübhəsi ilə cinayət işi açılmışdı.



Seçilən
10
2
trt.net.tr

3Mənbələr