AZ

Müştərisi “Bank Respublika”nı məhkəməyə verdi

Bankla bağladığı kredit müqaviləsi səbəbindən müştəri “Bank Respublika”nı məhkəməyə verib.

Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı narazı müştəri Səfərov Əlövsət Ramazan oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Müştəri bankla bağladığı kredit müqaviləsi üzrə mübahisə yaşayır.
“Bank Respublika” ilə bağlı iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib. Gələn ilin 16 yanvar tarixində hakim Kənan Hüseynovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Bank Respublika”ın Müşahidə Şurasının sədri Şakir Rəhimov, bankın İdarə Heyətinin sədri isə Tariyel İsmayılovdur.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar

Seçilən
13
tribunainfo.az

1Mənbələr