AZ

Bakıda Tofiq Əhmədovun 100 illiyinə həsr olunmuş konsert keçirilib – Xatirə və musiqi dolu bir axşam (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi,klarnet və saksafon ifaçısı, dirijor, bəstəkar və Xalq artistiTofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsertkeçirilib.

Trend xəbər verir ki, konsertAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı iləbaş tutub.

Bu, tamaşaçılara ən dərin hisslər bəxş edən, unudulmazxatirələrlə dolu xüsusi bir musiqi gecəsi idi. Sənətçilərinçıxışları aparıcı Tofiq Həsənsoyun adını ölkənin musiqi tarixininşanlı salnaməsinə yazan maestronun həyat və yaradıcılığı haqqındahekayəsi ilə müşayiət olunub.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada -Simfonik Orkestrinin müşayiəti ilə dirijor və pianoçu ElbəyMəmmədzadənin rəhbərliyi ilə tanınmış ifaçılar – İlhamə Qasımova,Aynur İskəndərli, Nigar Cəlilova və Rövşən Qəhrəmanov, Xalqartistləri Ənvər Sadıqov və onun "Qaytağı" ansamblı, SalmanQəmbərov və onun "Bakustic Jazz" qrupu çıxış ediblər. İmprovizasiyailə yadda qalan isə Tofiq Əhmədovla uzun illər birgə çalışmış Xalqartisti Natəvan Şeyxova olub.

Konsert proqramı Tofiq Əhmədovun yaradıcılığının bütünistiqamətlərini əhatə edirdi – həm məşhur əsərləri, həm də uzunillər ərzində ifa olunmayan nadir kompozisiyaları səsləndirildi.Eyni zamanda, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, QaraQarayev, Tofiq Quliyev, Rauf Hacıyev və Emin Sabitoğlu kimi böyükAzərbaycan bəstəkarlarının sevilən əsərləri maraqlı aranjimandatəqdim olundu. Sənətçilərin çıxışları ilə yanaşı, Tofiq Əhmədovunfotoları və video kadrları nümayiş etdirildi.

Sonra maestronun ailə üzvləri və yaxınları onun haqqındaxatirələrini bölüşdülər.

Tofiq Əhmədovun qızı Humay Əhmədova tədbirin təşkilinə görəmədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.

"Atam inanılmaz bir insan idi - incə, aristokrat, həm musiqidə,həm də həyatda. O, Azərbaycan Dövlət Konservatoriyasını yüksəkqiymətlərlə bitirmiş və bütün həyatı musiqiyə həsr olunmuşdu. Kiçikbir kollektiv olan "Biz Bakıdanıq" ilə başlayıb, böyük bir caz-bendyaratdı. Azərbaycan radiosunun və televiziyasının Estrada-SimfonikOrkestrinə 20 il rəhbərlik edib və həyatının sonuna qədər buvəzifədə qalıb. Cəmi 58 yaşında dünyasını dəyişdi, lakin çox işlərgörməyə müvəffəq oldu. Onun yaradıcılığı həm də ona görə maraqlıidi ki, gənc ifaçılara, musiqiçilərə kömək edirdi. KorifeylərimizŞövkət Ələkbərova, Sara Qədimova, Vaqif Mustafazadə, Rafiq Babayevvə başqaları onunla işləyirdilər. Bir çoxları öz yaradıcılıq yolunaonun orkestrində başlamışdı, o, onlara xoşbəxt bir yaradıcılıqhəyatı bəxş edirdi", - Tofiq Əhmədovun qızı Humay Əhmədova qeydedib.

Daha sonra tədbirdə Xalq artisti, bəstəkar Eldar Mansurov çıxışetdi.

"Atam Bəhram Mansurov (Xalq artisti, tarzən - red.) TofiqƏhmədovla dost idi və mən həmişə onların söhbətlərini xüsusi birzövqlə dinləyirdim. Daha sonra onun oğlu Rövşənlə dost olduq,birlikdə Asəf Zeynallı adına musiqi məktəbində oxuduq, mənfortepiano sinfində, o isə klarnet sinfində təhsil alırdı. TofiqƏhmədovun yaradıcılığı estrada sənətinin böyük bir tarixidir, o,milli mədəniyyətin inkişafı üçün çox işlər görüb və bir çoxlarıonun yolunu davam etdirib. Fəaliyyətimin ilk illərində "Səni sevəsevə" kompozisiyamı onun kollektivində Mirzə Babayev ifa edib.Tofiq Əhmədov gözəl insan idi, onun ailəsi də çox mehriban vəqonaqpərvər idi. Onun estrada və caz sahəsindəki irsini daha geniştəbliğ etmək lazımdır", - o qeyd edib.

"70-ci illərdə mən artıq estrada orkestrinin solisti idim. TofiqƏhmədov estrada orkestrinin rəhbəri olaraq həmişə musiqiçilərəböyük hörmət və sevgi ilə yanaşırdı. Aramızda çox isti münasibətləryaranmışdı. O zaman mən çox gənc idim və o, mənim vokalist kimiyaradıcılıq qabiliyyətlərimi, səsimin tembrini yüksəkqiymətləndirir, mənə parlaq bir gələcək vəd edirdi. O, mehriban,kollektivin ruhu olan, əla yumor hissinə malik bir insan idi. Onunrəhbərliyi ilə kollektivimiz Rusiya, Ukrayna, Belarus, Orta Asiyavə Baltikyanı ölkələrin bir çox şəhərlərində qastrol səfərlərindəolub, Azərbaycanın Mədəniyyət Günlərində, qala-konsertlərdə iştirakedirdi. Tofiq Əhmədov əla musiqiçi idi, klarnet və saksafonda ifaedirdi. Maestronun ifaçılıq məharəti ən yüksək səviyyədə idi", -çıxışı zamanı vokalist və gitarist Qasım Xəlilov qeyd edib.

Tofiq Əhmədov 1924-cü il fevralın 8-də Bakıda anadan olub.1941-ci ildə klarnet və saksafon ifaçısı kimi bəstəkar TofiqQuliyevin rəhbərlik və dirijorluq etdiyi yeni yaradılmışestrada-simfonik orkestrinə dəvət alıb. 1942-1945-ci illərdə XəzərDonanmasının estrada ansamblında çalışıb. 1952-ci ildə AzərbaycanDövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnetixtisasını bitirib. 1953-cü ildə Moskvada Ediy Roznerin rəhbərliketdiyi estrada orkestrinə dəvət alıb və dörd il ərzində həminorkestrin konsertmeysteri olub. Daha sonra, 1957-ci ildə musiqiçiBakıya qayıdaraq "Biz Bakıdanıq'" estrada orkestrini yaradıb və1961-ci ilə qədər ona rəhbərlik edib.

Tofiq Əhmədov ifaçı, dirijor, bəstəkar və musiqi tədbirlərinintəşkilatçısı kimi fəaliyyət göstərib. Bəstəkar olaraq onun çoxsaylımahnıları və orkestr üçün əsərləri mövcuddur. O, Famil Mehdi,Fikrət Qoca, Tofiq Mütəllibov, Rafiq Zəka Xəndan, Nüsrət Kəsəmənlivə digər şairlərlə əməkdaşlıq edib.

1960-cı ildən 1981-ci ilə qədər Tofiq Əhmədov AzərbaycanRadiosunun Estrada Orkestrinin rəhbəri və baş dirijoru olub.Əvvəlcə bu orkestr nəfəsli alətlərdən ibarət big-bend idi, sonradansimli alətlər də əlavə olunaraq, estrada-simfonik orkestrəçevrildi. Bu kollektivdə Müslüm Maqomayev, Şövkət Ələkbərova,Gülağa Məmmədov, Lütfiyar İmanov, Rauf Atakişiyev, Nətavan Şeyxova,İlhamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, ZüleyxaMirismayılova, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə,Flora Kərimova, Elmira Rəhimova və digər tanınmış sənətçilər çıxışediblər.

Orkestr Rauf Hacıyev, Səid Rüstəmov, Cahangir Cahangirov, VasifAdıgözəlov, Ramiz Mustafayev, Xəyyam Mirzəzadə, Əziz Əzizov, OqtayKazımi, Ramiz Mirişli, Cavanşir Quliyev, Mobil Babayev, FaiqSücəddinov, Eldar Mansurov, Oqtay Rəcəbov, Musa Mirzəyev, RuhəngizQasımova və digər bəstəkarların əsərlərini ifa edib. Tofiq Əhmədovbu kollektivin bədii rəhbəri və baş dirijoru kimi həyatının sonunaqədər fəaliyyət göstərib. O, 1981-ci il martın 23-də dünyasınıdəyişib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
3
1
az.trend.az

2Mənbələr