AZ

Almaniyanın Azərbaycandakı səfiri təyyarə qəzası ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycantəyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bubarədə səfir “X” sosial media hesabında qeyd edib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzayauğraması ilə bağlı dərin kədər hissi keçirir, həlak olanlara vəonların yaxınlarına hüznlə başsağlığı veririk. Bu dəhşətli qəzadayaralanan hər kəsə tezliklə şəfa diləyirik”,- paylaşımdabildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Seçilən
10
31
az.trend.az

2Mənbələr