AZ

Bakıdan Qroznıya nə üçün gedirlər? – Diaspor sədri qəzadan DANIŞDI

Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstan ərazisində qəzaya uğrayıb.

AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Bəs Azərbaycan vətəndaşları adətən Qroznıya nə üçün gedirlər?

Apress.az xəbər verir ki məsələ ilə bağlı  danışan Çeçenistandakı Azərbaycan diasporunun sədri Ələsgər Əzizov bunları deyib:

“Burada çoxdan yaşayan azərbaycanlıların sayı azdır. Lakin bura 5-6 ay işləmək üçün gələnlər olur. Onlar da əsasən tikintidə çalışanlar, toyxanalarda ofisant, aşpaz işləyənlərdir.
Bakı-Qroznı arasında iki təyyarə reysi olur. Əvvəl təyyarə Bakıdan bura uçur, burada həmin təyyarə 1-2 saat gözlədikdən sonra geriyə Bakıya dönüt.

Burada Bakıdan, Sumqayıtdan adamlar çalışır. Bu gün onlarla əlaqə saxlamışam. Ofisant, aşpaz kimi işləyənlər əsasən Zaqataladandırlar. Lənkəran və Astaradan olanlar da var. Bəzi 30-40 yaşlı azərbaycanlılar da var ki, elə burada anadan olub, yaşayırlar. Onlar da əslən Göyçaydandırlar”.

Müsahibimiz qeyd edib ki, 9 nəfərin öldüyü ilə bağlı ona dəqiq məlumat verilib:

“Onlardan 8-i Zaqataladan, 1 isə Sumqayıtdandır. 2 nəfər balakənli isə sağdır”.

Ə.Əzizov onu da vurğulayıb ki, Bakıya qayıtmalı olan Qroznıdakı sərnişinlər hazırda otelə yerləşdirilib. Əlavə təyyarə təmin edildikdən sonra onlar avtobusla aeroporta gətiriləcək.

Seçilən
6
4
apress.az

5Mənbələr