AZ

"OpenAI" insanabənzər robotlar istehsal etməyi planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Süni intellekt tədqiqat şirkəti “OpenAI” insanabənzər robotlar istehsal etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın texnoloji xəbər saytı “The Information” məlumat yayıb.

“ChatGPT”nin istehsalçısı olan şirkət bir müddətdir ki, maliyyə dəstəyi ilə investisiyalarla bu sahəyə cəlb olunub. Belə ki, “OpenAI” insanabənzər robotlar hazırlayan “Figure AI” və “1X” şirkətlərinə sərmayə qoyub. 

Bu il “OpenAI” süni intellektlə dəstəklənən insanabənzər robotlar hazırlayan “Figure AI”nin 675 milyon dollarlıq investisiya turunda iştirak edərək şirkətin 2,6 milyard dollar dəyərində qiymətləndirilməsini dəstəkləyib.

Qeyd edək ki, “FigureAI” tərəfindən hazırlanmış ən son robot, “Fugure 02”, “OpenAI”nin süni intellekt modellərindən istifadə edərək anbar işçilərinin səsli əmrlərini anlaya bilir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
18
5
banco.az

6Mənbələr