AZ

Milli birlik və bərabərlik günü

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dünya Azərbaycanlıların Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların konfransı keçirildi. Konfransda Dünya Azərbaycanlıların Həmrəyliyi qeyd olunmasına qərar verildi.

1991-ci il 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev Dünya Azərbaycanlılarının birliyinin yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlıların Həmrəyliyi günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü bayram edilir.

Dünya Azərbaycanlıların Həmrəyliyi gününün qeyd edilməsi artıq bütün dünya Azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün mühüm rol oynayır. Artıq bir neçə ildir ki, Milli Həmrəylik günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması, həm də Milli Həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan ordusu hər anı Qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə xalqımızın yaddaşında əbədi yaşayacaq, qanlı zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması işində fədakar xidmətləri zəfərimizə layiqli tövfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız Prezident İlham Əliyevin rəhbəriliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.

Təranə Məmmədova,
Xətai rayonu, Z.Əhmədov adına 64 nömrəli məktəbin Azərbaycan  dili və ədəbiyyat müəllimi

Seçilən
5
41
ikisahil.az

10Mənbələr