AZ

Növbəti köç karvanı Ballıca kəndinə çatdı

Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim olunub.

Gundem.az xəbər verir ki, dekabrın 27-də 119 nəfərdən ibarət 21 keçmiş məcburi köçkün ailəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdıb.

Onlara yaşayacaqları evlərin açarları təqdim olunub.

Köç ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələri əhatə edib.

Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.

Xatırladaq ki, dekabrın 13-də 27 ailə - 152 nəfər Ballıca kəndinə köçürülüb.

Seçilən
12
4
gundem.az

10Mənbələr