AZ

Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə yanlış məlumatı Rusiya tərəfi verib

APA xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yerli vaxtla saat 10:53-də Rostovda dislokasiya olunan Uçuşların İdarəolunması Mərkəzinin dispetçer məntəqəsindəki uçuş rəhbəri AZAL-a məxsus təyyarənin sərnişin kabinasında oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduqlarını deyib və reanimasiya dəstəyi istəyib:

“Bu barədə məlumat alındıqdan sonra bütün xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib” – deyə, məlumatda qeyd olunub.

O da bildirilib ki, hadisələrin xronologiyası haqqında brifinqdə verilən informasiya da məhz Rostovdakı Uçuşların İdarəolunması Mərkəzinin dispetçerinin məlumatlarına əsaslanıb.

Seçilən
5
12
apa.az

10Mənbələr