AZ

Məhrum pilot İqor Kşnyakinin qonşusu: “Son uçuşa getməzdən əvvəl evini təmir etdirirdi” – VİDEO

“Axşam evində işığı təmir edirdi, onu düzəldib getdi”.  

Bu sözləri mərhum pilot İqor Kşnyakinin qonşusu Fazil Eyyubov Bizim.Media-ya açıqlamasında bildirib. 

O deyir ki, İqor Kşnyakinini sonuncu dəfə uçuşa gedən gün görüb. 

“Axşam evdən çıxdım gördüm ki, işığı düzəldir. Son günlər evini təmir edirdi. Məndən soruşdu ki, bax gör necədir işıq. Dedim bir az da düzəlt əladır. Sonuncu dəfə elə onda gördüm. Uçuşa getməyə hazırlaşırdı. İşığı düzəltdi, çıxdı evdən. Çox gözəl insan idi”. 

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.



Nuray, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
33
40
bizim.media

10Mənbələr