Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti VladimirPutin bu gün telefon danışığı zamanı dekabrın 25-də Bakı-Qroznımarşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”naməxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanındafiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması vənəticədə baş vermiş faciəvi hadisənin bütün təfərrüatlarının ciddivə hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlbedilməsini müzakirə ediblər.
Trend bu barədə Prezidentin Mətbuat xidmətinəistinadən xəbər verir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifiilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçünbeynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyətartıq fəaliyyətə başlayıb.
Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmışistintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadiqaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.