AZ

Çin həkimləri ölkədə yeni virus müəyyən etməyiblər

Həkimlər Çində yeni virusların və ya bakteriyaların səbəb ola biləcəyi kəskin respirator xəstəlik halını müəyyən etməyiblər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin nümayəndəsi Mi Fen məlumat verib.

"Çində bu günə qədər qeydə alınan bütün kəskin respirator xəstəliklər məlum patogenlər tərəfindən törədilib. Yeni virus və ya bakteriyaların yaratdığı yeni yoluxucu xəstəliklər aşkar edilməyib", - o deyib.

Dövlət komitəsinin nümayəndəsi əlavə edib ki, Çin səhiyyə orqanları əhalinin tələbatını tam ödəmək üçün bütün səviyyələrdə tibb müəssisələrində xidmətlərə çıxış imkanlarını genişləndirəcək. Xüsusilə xəstəliyin yayılma riskini azaltmaq üçün qripə qarşı peyvəndlərin və digər dərman vasitələrinin tədarükünü təmin etmək üçün səylər göstərilir.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl Çin hakimiyyəti ölkədə kəskin respirator xəstəliklərə yoluxma hallarının artdığını bildirmişdi. Daha əvvəl Mi Fen aydınlaşdırıb ki, son vaxtlar qeydə alınan xəstəlik hallarına qrip virusu səbəb olur.

Seçilən
363
3
ikisahil.az

10Mənbələr