AZ

Yaponiyada inflyasiya ilə mübarizə üçün əlavə büdcə təsdiq edilib


7NEWS.az xəbər verir ki, Yaponiyada inflyasiya ilə mübarizə üçün Nümayəndələr Palatası tərəfindən əvvəllər təsdiq edilən 2023-cü maliyyə ilinin 13,2 trilyon yen (90 milyard dollar) məbləğində əlavə büdcəsi Məsləhətçilər Şurası tərəfindən qəbul edilib və qanuna çevrilib. Artan qiymətlərlə mübarizəyə yönəlmiş əlavə büdcə çərçivəsində ölkə daxilində aztəminatlı ailələrə 70 min yen (476 ABŞ dolları) maliyyə dəstəyi veriləcək. Əlavə büdcə yanacağın qiymətlərini aşağı salmaq və kritik sektorlar, xüsusən də kosmos, süni intellekt və yarımkeçiricilər üçün subsidiyaları davam etdirmək məqsədi daşıyır.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
44
7news.az

10Mənbələr