Pakistanın Hayber Paxtunva əyalətində məktəb yaxınlığında törədilən bombalı hücumda 3-ü uşaq olmaqla 6 mülki şəxs yaralanıb.
Cebhe.info xəbər verir ki, səlahiyyətlilər 7 və 10 yaş arasında olan uşaqlardan ikisinin vəziyyətinin ağır olduğunu, partlayış nəticəsində bir çox avtomobil və binaya ziyan dəydiyini bildiriblər.
Hücumda 4 kiloqram partlayıcıdan istifadə edildiyinə diqqət çəkən səlahiyyətlilər, həmin şəxslərin tutulması üçün əməliyyat başladıldığını qeyd ediblər.
Bildirilir ki, bu il Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.