AZ

Türkiyədə şagird yataqxanasında yanğın baş verib

Türkiyənin Hakkari şəhərində şagird yataqxanasında yanğın hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yataqxananın işçiləri şagirdləri təxliyə edərək aidiyyatı qurumlara məlumat veriblər.

Bölgəyə Yüksekova Bələdiyyəsinin yanğınsöndürmə qrupları cəlb edilib.

Hadisə nəticəsində 15-i şagird olmaqla 16 nəfər tüstüdən zəhərlənib. Zərərçəkmişlər Yüksekova Dövlət Xəstəxanasına aparılıb.

Yanğına səbəb elektrik naqilində yaranan problem olub.

Araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
e-huquq.az

10Mənbələr