AZ

Netanyahu: “HƏMAS-ın taborlarının yarısının komandirləri zərərsizləşdirilib”

İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə axşamı Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail ordusunun HƏMAS qruplaşması taborlarının yarısının komandirlərini məhv edib.

“Report”un xəbərinə görə, ondan sitat gətirən “The Times of Israel” izah edib ki, HƏMAS-ın hərbiləşdirilmiş qüvvələrinin 24 tabora bölündüyü güman edilir.

“HƏMAS daha heç vaxt İsrail üçün təhlükə olmayacaq”, - Netanyahu əlavə edib.

O, bir daha Qəzza zolağının hərbsizləşdirilməsini müdafiə edib. "Buna nail ola biləcək yeganə qüvvə İsrail Ordusudur. Heç bir beynəlxalq qüvvə belə bir nəticəni təmin edə bilməz", - İsrailin Baş naziri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
50

1Mənbələr

Şərh ()
Bağla