AZ

Azərbaycanla Kolumbiya arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

6-7 dekabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kolumbiya Respublikasına səfər edib.

XİN-dən APA-ya verilən xəbərə görə, 6 dekabr tarixində E.Məmmədov Kolumbiyanın xarici işlər naziri Alvaro Duran tərəfindən qəbul edilib, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kolumbiya tərəfindən isə xarici işlər nazirinin müavini Fransisko Koy rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, iqtisadi-ticarət, enerji, humanitar minatəmizləmə, turizm, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.

E.Məmmədov müqabil tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Məsləhətləşmələrin ardınca “Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Səfər çərçivəsində E.Məmmədov həmçinin, Kolumbiya Senatının sədri İvan Name ilə görüş keçirib.

Görüşdə dövlətlərarası və beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin əhəmiyyəti, eləcə də Qoşulmama Hərəkatı və Sakit Okean Alyansı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Eyni zamanda, E.Məmmədov Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-ə müsahibə verib.

Müsahibə zamanı Azərbaycan-Kolumbiya ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallar cavablandırılıb.

Azərbaycanla Azərbaycanla Azərbaycanla Azərbaycanla Azərbaycanla
Seçilən
24
17
Mənbələr
Şərh ()
Bağla