AZ

Dövlət qurumu maşın və xüsusi texnika vasitələri xidmətləri satın aldı – TENDER NƏTİCƏSİ

“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına Abşeron yarımadası və Regional Sukanal İdarələrində tələb olunan nəqliyyat və xüsusi texnika vasitələri xidmətlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi  “Miacon” MMC olub.

Şirkətlə 299 720 manat məbləğində müqavilə imzalanıb.

Bu müqaviləyə əsasən aşağıdaki texnika vasitələri ilə xidmətlər satın alınacaq :

mini ekskavator 0,3 mᵌ - 150 gün

mini yükləyici 0,5 mᵌ - 60 gün

ekskavator 0,3 mᵌ - 435 gün

ekskavator 1,0 mᵌ - 120 gün

ekskavator 1,5 mᵌ - 12 gün

özüboşaldan-yük maşını – 20 gün

qoşqulu yük maşını – 10 gün 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
fed.az

1Mənbələr