NOCOMMENT.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş zabiti Skott Ritter YouTube kanalı Danny Haiphong-a müsahibəsində Rusiyanın cəbhədə təşəbbüsü ələ keçirməsi və Ukraynaya strateji məğlubiyyət verməsi barədə fikir bildirib.
Ritter qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücum əməliyyatı başa çatıb və “bu, Ukrayna və kollektiv Qərb üçün strateji məğlubiyyətə çevrilib”.
“Düşünürəm ki, biz görəcəyik ki, Ukrayna hücumunu zərərsizləşdirən Rusiya yavaş-yavaş öz hücumuna keçəcək və təzyiqlər göstərməyə başlayacaq”, – deyə keçmiş zabit bildirib.
Onun fikrincə, Ukraynanın Rusiya ordusunun hücumlarını dəf etmək üçün demək olar ki, heç bir ehtiyatı qalmayıb.