AZ

Separatçıların liderləri Ermənistana təhvil verilməyib

Xəbər verdiyimiz kimi, Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub.

Bakupost.az xəbər verir ki, Azərbaycan tərəfinin azad etdiyi 32 nəfər arasında erməni separatçıların liderləri yoxdur. Ermənistana təhvil verilənlər erməni hərbçilərdir.

Məlumatlı mənbə Azərbaycana qarşı müharibə cinayətləri törədən Arayik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, Vaqif Xaçaturyan və Alyoşa Xosrovyanın Ermənistana təhvil verilmədiyini bildirib.
Seçilən
271
bakupost.az

1Mənbələr