AZ

"Neftçi"nin qapıçısı əməliyyat olunub 

AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında arzuolunmaz hadisə baş verib.


İdman.biz xəbər verir ki, matçın 37-ci dəqiqəsində “ağ-qaralar”ın qapıçısı Nurəziz Əzizov rəqib komandanın hücumçusu ilə cərimə meydançası daxilində toqquşub.


Qarın boşluğundan bərk zərbə alan “Neftçi”nin futbolçusu oyunu yarımçıq dayandırmalı olub. Bakıya dönərkən ağrıları güclənən qapıçı Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada edilən müayinələrdən sonra futbolçuya dalağın partlaması diaqnozu qoyulub və uğurlu əməliyyat keçirib.


Qeyd edək ki, Nurəziz Əzizovun hazırda həkimin nəzarəti altında müalicəsini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
14
oxu.az

10Mənbələr