AZ

"Sabah"ın məşqçisi: "Belə davam etməliyik"

Azərbaycan Premyer Liqasının XVI turunun "Sabah" - "Səbail" oyunundan (4:0) sonra meydan sahibi komandanın məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Çox yaxşı oynadıq.  Oyuna nəzarət etdik, çoxlu gözəl qollar vurduq.Düzdür, iki qolumuz sayılmadı. Baxmaq lazımdır ki, niyə sayılmadı. Uşaqları təbrik etdik. Belə davam etməliyik.

- Hər belə qələbədən sonra "Sabah"ın artıq qayıtdığını düşünürük, amma növbəti matçda xal itirirsiz. Bu gün qayıtmağınızı deyə bilərik?
- Həqiqətən, belədir. Çalışırıq ki, bu vəziyyət düzəldək. Bəzən alınmır, rəqiblər də qazanmaq istəyir. Vəziyyəti düzəldəcəyimizə inanırıq.

Şahin Cəfərov
Seçilən
120
36
futbolpress.az

10Mənbələr