AZ

Ukrayna Paris Olimpiadasını boykot edə bilər

Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiyadan idmançıların qəbulu ilə bağlı qərarına görə 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının boykot edilməsinin mümkünlüyünü açıqlayıb.

O bildirib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır.

Qeyd edək ki, dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarına 2024-cü il Olimpiya Oyunlarında neytral statusda iştirak etməyə icazə verib.

BOK bildirib ki, Rusiya idmançılarından Olimpiya Xartiyasına hörmət etmək öhdəliyinə dair iştirak şərtlərini imzalamaları tələb olunacaq. Öz növlərində vəsiqə qazana bilən rusiyalı idmançılar yarışa buraxılacaqlar.

Mənbə: gazeta.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
19
oxu.az

10Mənbələr