AZ

Alp dağlarında Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı etiraz aksiyası keçirilib

Alp dağlarında nümayişçilər 2030-cu il Olimpiya Oyunlarının dağlarda keçirilməsinə etiraz ediblər.

Qeyd olunub ki, Qrenoblda keçirilən nümayişdə 60-a yaxın nümayişçi iştirak edib. Etirazçılar hökumətin Olimpiadanın keçirilməsinə və süni qarın yaradılmasına pul xərcləyəcəyindən narahatdırlar.

“Bu, yeni ekoloji və maliyyə israfçılığı olacaq”, - deyə etirazçılardan biri bildirib.

Olimpiya layihəsinin sponsoru Overn-Ron-Alp bölgəsi etiraza diqqət çəkərək 620 min avroluq qrantı blok edib.

“Biz 2030-cu il Qış Oyunlarının təşkili üçün 1,5 milyard avrodan danışırıq. Nə üçün xəstəxanalarımıza və kənd təsərrüfatımıza investisiyadansa ətraf mühitə zərər verən tədbirə üstünlük veririk?”, - deyə etirazçı bildirib.

Mənbə: Le Parisien

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
437
43
oxu.az

10Mənbələr