Alp dağlarında nümayişçilər 2030-cu il Olimpiya Oyunlarının dağlarda keçirilməsinə etiraz ediblər.
Qeyd olunub ki, Qrenoblda keçirilən nümayişdə 60-a yaxın nümayişçi iştirak edib. Etirazçılar hökumətin Olimpiadanın keçirilməsinə və süni qarın yaradılmasına pul xərcləyəcəyindən narahatdırlar.
“Bu, yeni ekoloji və maliyyə israfçılığı olacaq”, - deyə etirazçılardan biri bildirib.
Olimpiya layihəsinin sponsoru Overn-Ron-Alp bölgəsi etiraza diqqət çəkərək 620 min avroluq qrantı blok edib.
“Biz 2030-cu il Qış Oyunlarının təşkili üçün 1,5 milyard avrodan danışırıq. Nə üçün xəstəxanalarımıza və kənd təsərrüfatımıza investisiyadansa ətraf mühitə zərər verən tədbirə üstünlük veririk?”, - deyə etirazçı bildirib.
Mənbə: Le Parisien