AZ

Azərbaycan Türkiyə İş Adamları Birliyinə yeni sədr seçildi

Azərbaycan Türkiyə İş Adamları Birliyinə (ATİB) yeni sədr seçilib.

Bu barədə ATİB-dən bildirilib. Məlumata görə, bununla bağlı keçirilən ümumi yığıncaqda İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov İdarə Heyətinin sədri seçilib. O, bu vəzifədə Cemal Yanqını əvəz edib. Cemal Yanqın isə ATİB-in fəxri sədri seçilib.

Bundan əlavə, ATİB-in İdarə Heyətinə iki yeni üzv də seçilib. Bunlar TAC MMC-dən Sürəyya Verdiyeva və MGM Groupdan ⁠Muhammed Güvendir. Qeyd edək ki, bununla da ATİB-in İdarə Heyətinin üzvlərinin sayı 9 olub.

Xatırladaq ki, ATİB-in yeni sədri M.Rüstəmov 2010-2017-ci illərdə “PAŞA Həyat Siğorta”nın İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, 26 fevral 2013-cü ildən isə ATİB İdarə Heyətinin sədr müavinidir. Hazırda “Pozitiv Konsaltinq” MMC-nin səhmdarı, “Səba” şirkətinin Direktorlar Şurasının üzvüdür.

Seçilən
333
30
banker.az

10Mənbələr