AZ

“Neftçi”nin qapıçısının son durumu açıqlanıb: “Evə buraxılacaq”

AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” - “Neftçi” qarşılaşmasında zədələnən qonaqların qapıçısı Nurəziz Əzizovun son durumu açıqlanıb.

Gundem.az xəbər verir ki, “ağ-qaralar”ın həkimi Şaiq Zöhrablı əməliyyat keçirən futbolçunun vəziyyətinin stabil orta olduğunu deyib.





O bildirib ki, Əzizov hazırda özünü yaxşı hiss edir. Zöhrablının sözlərinə görə, qapıçı bir neçə günlük müalicə prosesindən sonra evə buraxılacaq.

Qeyd edək ki, matçın 37-ci dəqiqəsində “ağ-qaralar”ın qapıçısı rəqib komandanın hücumçusu ilə cərimə meydançası daxilində toqquşub. Qarın boşluğundan bərk zərbə alan “Neftçi”nin futbolçusu oyunu yarımçıq dayandırmalı olub. Bakıya dönərkən ağrıları güclənən qapıçı Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada edilən müayinələrdən sonra futbolçuya dalağın partlaması diaqnozu qoyulub və uğurlu əməliyyat keçirib.

İdman.biz

Seçilən
135
14
gundem.az

10Mənbələr