AZ

"Ukrayna ilə bağlı məqsədlərimizdən əl çəkməyəcəyik", V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin Ukraynanın 15 ildən sonra da NATO-ya qəbul edilməsinin mümkün olmayacağını və Ukrayna ilə bağlı məqsədlərindən əl çəkməyəcəklərini bildirib.

  Paytaxt Moskvada Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin geniş tərkibdə müşavirəsi keçirilib.

  Görüşdə Rusiya prezidenti V.Putin, müdafiə naziri Sergey Şoyqu və hərbi rəsmilər iştirak ediblər.

  Vladimir Putin buradakı çıxışında Qərbin Rusiyaya qarşı hibrid müharibə apardığını və Ukraynaya hərbi dəstək verdiyini təkrar edərək deyib: "Son zamanlar NATO-nun fəaliyyəti artıb. Amerika Birləşmiş Ştatlarından sərhədlərimizin yaxınlığına qədər təyyarələr daxil ciddi qüvvələr göndərilib. Şərqi və Mərkəzi Avropada NATO hərbi qüvvələrinin sayı artıb. Finlandiya NATO-ya qəbul edilib və İsveçin də olacaq. Bu, ittifaqın sərhədlərimizə yaxınlaşması deməkdir.

  Amma Rusiya Ukrayna ilə bağlı məqsədlərindən əl çəkməyəcək. Çünki Qərb Rusiyanı dayandırmaq strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən vaz keçmir. Biz də xüsusi hərbi əməliyyatla hədəflərimizdən əl çəkməyəcəyik.

  Düşmən ciddi itkilər verir və ehtiyatlarının böyük bir hissəsini xərcləyib.

  Qərb Ukraynanı NATO-ya cəlb etmək istəyir.

  Bunu bizə tez-tez deyirlər: “İndi nədən qorxursan, biz onları NATO-ya indi qəbul etməyəcəyik”. Mənsə bu cavabı verirəm: “İndi belədir, bəs sabah? Bu, 10 ildən, hətta 15 ildən sonra da Rusiya dövlətinin tarixi perspektivləri və strateji maraqları baxımından qəbuledilməzdir.

  ABŞ başda olmaqla Qərb dövlətləri Ukraynadan öz maraqları üçün istifadə edir. Qərblə Ukrayna ilə bağlı yalnız Rusiyanın maraqları çərçivəsində razılaşmağa hazırıq.

  Amerika Ukraynadakı müharibəyə Avropa ölkələrini cəlb etməklə Rusiya ilə onlar arasında problem yaratdı.

  İndi onlar (amerikalılar) Avropanın üzərinə maliyyə məsuliyyəti və ödənişlər yükləyir. Avropadakı zəif iradə və onurğasız siyasətçilər buna müqavimət göstərə bilmir. ABŞ Avropa qitəsində sahiblik statusunu itirməmək üçün Rusiya təhlükəsindən danışır. Çünki Rusiyanın Avropa ilə yaxınlaşması ABŞ-ı narahat edir. Halbuki Rusiya Avropa ölkələri ilə müharibə etməyi planlaşdırmır.

  Ukraynadakı müharibə Rusiya ordusunda bəzi problemləri ortaya çıxardı. Bunların həll edilməli, yüksək dəqiqlikli raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsal gücü artırılması, hava hücumundan müdafiə sistemləri yenilənməlidir.

  Rusiyanın nüvə üçlüyü potensialının rolu artıb və 2024-cü ilin əvvəlinə qədər 15 nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” və hipersəsli “Avanqard” raketləri istifadəyə veriləcək. 

  Rusiya ordusunu müasir silahlarla təchizata davam edəcəyik.

  Ukraynada döyüşən rusiyalı əsgərlərinin ehtiyaclarının qarşılanması vacibdir".

 



Seçilən
474
3
trt.net.tr

10Mənbələr