“Beynəlxalq qurumlarla heç bir narahatlığımız yoxdur. Biz onlara həmişə fakt təqdim edirik, onları fakt qarşısında qoyuruq”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
MÖVZU İLƏ BAĞLI:
Kimlər seçkilərdə müşahidəçi ola bilər?
O, bildirib ki, bizə lazım olan Azərbaycan ictimaiyyətinin seçkini normal qəbul etməsidir:
"Beynəlxalq qurumların bəzisi qərəzli yanaşır. Adi narahatlığı çox qabardırlar. Amma biz onların qərəzli olmamasına arxayın olmalı deyilik və öz işimizi həmişəki kimi yüksək səviyyədə görməliyik".
Günay Şahmar, Bizim.Media