AZ

“Partiya seçkidə iştirak etmirsə, hansı yolla hakimiyyətə gəlmək istəyir?”

"Daim baxışlarımda, düşüncələrimdə müstəqil olmuşam. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının qərarı millətimizin bu gününə və gələcəyinə hesablanmış ən doğru qərardır". 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Musa Qasımlı deyib. 

O bildirib ki, seçkilər hər bir cəmiyyətdə barometri üzə çıxarır: "Siyasi partiyalar demokratik cəmiyyətin normasıdır. Siyasi partiya üçün hakimiyyətə gəlməyin yolu seçkidir. Seçkini boykot edib-etməmək qərarı hər bir siyasi partiyanın müstəsna hüququdur. 

Amma siyasi partiya hakimiyyətə gəlmək üçün yaradılır, onun yolu seçkidən keçir. Əgər bir siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir? Hakimiyyətə gəlməyin yolu seçkidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin alternativi yoxdur, millətimizin tək namizədidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
157
32
milli.az

10Mənbələr