"Daim baxışlarımda, düşüncələrimdə müstəqil olmuşam. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının qərarı millətimizin bu gününə və gələcəyinə hesablanmış ən doğru qərardır".
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Musa Qasımlı deyib.
O bildirib ki, seçkilər hər bir cəmiyyətdə barometri üzə çıxarır: "Siyasi partiyalar demokratik cəmiyyətin normasıdır. Siyasi partiya üçün hakimiyyətə gəlməyin yolu seçkidir. Seçkini boykot edib-etməmək qərarı hər bir siyasi partiyanın müstəsna hüququdur.
Amma siyasi partiya hakimiyyətə gəlmək üçün yaradılır, onun yolu seçkidən keçir. Əgər bir siyasi partiya seçkidə iştirak etmirsə, o hansı yolla hakimiyyətə gəlmək istəyir? Hakimiyyətə gəlməyin yolu seçkidir. Hesab edirəm ki, Prezident İlham Əliyevin alternativi yoxdur, millətimizin tək namizədidir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun