AZ

Aİ Bolqarıstan üçün 1,2 milyard avro dəyərində enerji keçid fondu yaradıb

Bolqarıstan kömür istehsalı ərazilərinin yaşıl mərkəzlərə çevrilməsi istiqamətində böyük addım atır. Avropa İttifaqı (Aİ) Bolqarıstan üçün enerji keçidi məqsədini dəstəkləmək üçün 1,2 milyard avro dəyərində böyük fond ayırıb. Bu maliyyə Bolqarıstanın davamlı enerji və iqtisadi transformasiya məqsədlərinə çatmağa kömək edəcək. Enerji keçidi çərçivəsində Aİ Bolqarıstanı kömürlə əlaqəli bölgələrdə yaşıl iqtisadi fəaliyyətləri təşviq etməklə ekoloji davamlılığı artırmaq və məşğulluğu dəstəkləmək məqsədi daşıyır.

MediaPost xəbər verir ki, Bolqarıstan Avropa Komissiyasının ölkənin "Ədalətli Ərazi Keçid" planını (TJTPs) təsdiqləməsi ilə “yaşıl dövrə” başlayacaq. Belə ki, Avropa İttifaqının Ədalətli Keçid Fondu (JTF) kömür və CO2 emissiyalarının azaldılması ilə mübarizə aparan regionlara dəstək olmaq üçün Bolqarıstana 1,2 milyard avro ayıracaq. Bu maliyyələşdirmə Bolqarıstanın iqlim problemlərinə qarşı mübarizə aparmaq, Aİ-nin 2030-cu il iqlim və enerji hədəflərinə nail olmaq və 2050-ci ilə qədər iqlimə qarşı neytral iqtisadiyyat yaratmaq öhdəliyinə uyğundur.

Qeyd edək ki, JTF-in təsir dairəsi Aİ üzrə 96 regionu əhatə edir və Bolqarıstanın Stara Zagora, Kyustendil və Pernik kimi bölgələrini transformativ dəyişikliklərin qabaqcılları kimi müəyyən edir. Kompleks plan məşğulluğun yaradılması, bacarıqların artırılması, torpaqların reabilitasiyası, enerji səmərəliliyinin artırılması və iqtisadiyyatın şaxələndirilməsi məqsədi daşıyır.

Əzizə Həmidova

Xəbərlər departamenti

Seçilən
255
50
mediapost.az

10Mənbələr