AZ

Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı məlum olub.

MediaPost-un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Sədr, həmçinin əlavə edib ki, MSK-da 242, dairə seçki komissiyalarında isə 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Xəbərlər departamenti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
50
mediapost.az

10Mənbələr