AZ

Bu günədək 5 000-dən çox şəxsə dövlət sığortası təyin olunub

Bu günə qədər 5 002 nəfərə dövlət icbari şəxsi sığorta təyin olunub.

MediaPost xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib.

Onun sözlərinə görə, ötən il üzrə həmin göstərici 1 920 olub: "İndiyədək 91-97-ci illər üzrə 17 367 nəfərə birdəfəlik ödəmələr təyin edilib. Keçən il bu rəqəm 495 olub. Bu günə kimi ödənilmiş vəsait 111.1 milyon manat, ötən il üzrə isə 4,1 milyon manat olub".

Xəbərlər departamenti

Seçilən
451
1
mediapost.az

10Mənbələr