AZ

Neçə qaziyə birdəfəlik ödəmə təyin edilib? - DSMF sədri AÇIQLADI

2023-cü ildə Birinci Qarabağ müharibəsində yaralanan (91-97-ci illər üzrə) 495 nəfərə birdəfəlik ödəmə təyin edilib.Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.O qeyd edib ki, bu zamana qədər isə 91-97-ci illər üzrə 17367 nəfərə birdəfəlik ödəmə təyin olunub.Qeyd edək ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Proqram "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.Xatırladaq ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:I dərəcə əlilliyə görə - 8 800 manat
II dərəcə əlilliyə görə - 6 600 manat
III dərəcə əlilliyə görə - 4 400 manat

Seçilən
360
4
olaylar.az

10Mənbələr