AZ

Şirvanda dörd dəfə məhkum olunmuş şəxs narkotiklə saxlanılıb

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhərərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısınınalınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-əverilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçiriləntədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəlibilinən şəhər sakini, əvvəllər oğurluq və narkotiklərə görə dörddəfə məhkum olunmuş Rəfael Əliyev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı satış məqsədilə sellofan vəkağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin,metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işibaşlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
466
30
az.trend.az

10Mənbələr