AZ

Həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb

Polis əməkdaşları həftə sonu vətəndaşlardan 25 silah və 3 qumbara götürüb.
Bu barədə “Yeni Gundem”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Seçilən
465
21
yenigundem.az

10Mənbələr