İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfərinin təfərrüatı açıqlanıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran lideri ilə 10 beynəlxalq müqavilə imzalayacaq:
"Rəisinin səfəri İran və Türkiyə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsində mühüm addım və ümumi gündəmdəki məsələlərin müzakirəsi üçün müvafiq fürsətdir".
Bildirilir ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası da Ankarada keçiriləcək. Səfər zamanı mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrində 10-a yaxın sazişin imzalanması gözlənilir.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun