AZ

Hakan Fidan ABŞ Dövlət katibinin müavinini qəbul etdi

Türkiyədə səfərdə olan ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bu ölkənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nuland Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, toplantıda ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir


Müəllif: Teleqraf.com
Seçilən
288
15
teleqraf.com

10Mənbələr