AZ

“Xəzər Lənkəran”ın stadionu təmirə bağlandı

“Xəzər Lənkəran”ın Mərkəzi Stadionu təmirə bağlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun keçmiş mətbuat katibi Hüseyn Cəbrayıloğlu Facebook hesabında paylaşım edib. O, postunda bunları yazıb:

"Çoxsaylı müraciətlərə - telefon zəngi, mesajlara ümumi cavab  olaraq yazmağı borc bildim. " Xəzər Lənkəran" stadionunun təmirə bağlanması xəbəri həqiqətdir! Komandanın nə vaxt yaranacağı, komandaya vəsait ayrılıb kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq. Amma nəzərə alın ki, 2016-cı ildən sonra bu xəbər “Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdir. 

Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq. Daha gözəl xəbərlər vermək ümidi ilə ən böyük " Xəzər Lənkəran"!

"Xəzər Lənkəran" 2016-cı ildə fəaliyyətini dayandırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
76
50
bizim.media

10Mənbələr