AZ

Zelenski hərbi vəziyyət və səfərbərlik haqqında qanun imzaladı


Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün – mayın 13-dək uzadılması haqqında qəbul etdiyi qanunları imzalayıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Parlamentinin saytında məlumat dərc olunub.
Rada Zelenskinin təqdim etdiyi qanun layihələrini fevralın 6-da qəbul edib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-də tətbiq edilib. Həmin vaxtdan artıq onuncu dəfə müvafiq qərar qəbul edilib. Hərbi vəziyyətin mütəmadi olaraq uzadılması ölkədə ötən il oktyabrın sonuna təyin edilmiş parlament seçkilərinin keçirilməsini qeyri-mümkün edib. Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət zamanı səsvermə təşkil edilə bilməz. Yeni uzadılma yazda prezident seçkilərinin keçirilməsini də hüquqi cəhətdən qeyri-mümkün edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
yeniavaz.com

10Mənbələr