AZ

Hərbi Prokurorluqdan sərhəddəki erməni təxribatı ilə bağlı AÇIQLAMA

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbiqulluqçusu, əsgər Xəlilzadə Pərviz Ağakişi oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəşnəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumatdaxil olıb.

Trend xəbər verir ki, bu barədə Hərbi Prtokurorluğun yaydığıməlumatda deyilir.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbiprokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, HərbiProkurorluğun Kriminalistika və İnformasiya Texnologiyalarıidarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlərgörülmüş, hadisə yerinə baxış keçirilmiş və digər hərəkətlər icraedilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və yadüşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi iləcinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalartəyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaqhərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalqhüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Qeyd edək ki, bu gün saat 13:37 radələrindəAzərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonuərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafanrayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşənmövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilanrayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəşaçılıb. Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbiqulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbiqulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyəedilib. Baş vermiş hadisə, o cümlədən, qarşı tərəfdən atəşinaşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarətialtındadır.

Seçilən
54
7
az.trend.az

10Mənbələr