AZ

Netanyahudan Rəfah əməliyyatı haqda kritik açıqlama

Netanyahu Qərbi Qüdsdə ölkəsində səfərdə olan Hollandiyada müvəqqəti hökumətin baş naziri Mark Rutte ilə görüşüb. Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bununula bağlı İsrailin Baş Nazirliyi Mətbuat İdarəsi açıqlama yayıb.Açıqlamada, Netanyahunun Rutteyə Qəzzaya hücumlarla bağlı məlumat verdiyi bildirilib.Netanyahu Rəfahda Həmas-ın hərbi qanadı İzəddin Əl-Qəssam Briqadalarının batalyonlarını hədəf alacaqlarını bildirib və “Həmas üzərində tam qələbə qazanana qədər” hücumları davam etdirəcəklərini qeyd edib.Netanyahu fevralın 9-da verdiyi açıqlamada ordu və təhlükəsizlik təşkilatına Rəfaha hücum planı hazırlamaq və oraya sığınan təxminən 1,4 milyon fələstinlini başqa bölgələrə göndərmək göstərişi verdiyini açıqlayıb.Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
manset.az

1Mənbələr