Kriminal aləmdə Fin kimi tanınan Andrey Finogenov Çuvaşiya Respublikasındakı xüsusi rejimli koloniyada mütəşəkkilliyi pozduğuna görə 12,5 il müddətinə azadlıqdan məhrum edilib. Çeçenistan Respublikasından olan 30 yaşlı A. Finogenova fevralın 21-də yeni cəza müddəti elan edilib.
Reyting.az-ın məlumatına görə, 2020-ci ilin fevral ayında “qanuni oğru”lar Finə “status” veriblər. Bu isə onu koloniyada saxlanılan digər cinayətkarlar arasında əsas şəxsə çevirib. O, qeyd-şərtsiz səlahiyyətlərindən istifadə edərək 2020-ci ilin fevral ayından noyabr ayına kimi cəzaçəkmə müəssisəsinin ərazisində cinayətkar fəaliyyətləri istiqamətləndirib, digər hüquqpozmalara yol verib.
Onu da qeyd edək ki, 2021-ci ildə A. Finogenov on il müddətinə azadlıqdan məhrum edilib.