AZ

Bitcoin 2021-ci ilin noyabrından bu tərəfə maksimum səviyyə olan $57 000-ə çatıb

Bir analitikin “misilsiz” kimi təsviri ardından Bitcoin-in qiymətləri bu gün yüksələrək 2021-ci ilin noyabr ayından bəri maksimuma çatıb.

Banker.az xəbər verir ki, “Coinbase” məlumatlarına görə, Bakı vaxtı ilə 06.00 radələrində kriptovalyuta $57 000-i keçsə də, sonradan bir qədər düşməklə $56 000 olub.

Hazırda Bitcoin-in qiymətinin 60 min dolları aşa bilməsi real görünür. Rəqəmsal pulun dəyərinin tarixi maksimumu 2021-ci ilin noyabrındakı 68 000 dollardır. İndi bazar bunun hansı səviyyəyə qədər yüksəlməsini yaxından izləməkdədir.

Bu bahalaşma ardından digər kriptovalyutalar da bahalaşıb. Məsələn, bazar kapitalizasiyasına görə, ikinci ən böyük kriptovalyuta Etherium bu gün 10% bahalaşaraq 3 214 dolları ötüb.

Bazarda qiymətləri hazırda bir neçə faktor dəstəkləməkdədir. Buna səbəb iri mərkəzi bankların əvvəlkindən daha pozitiv qəbul etməsi və iri təşkilatların aktivlərinə kriptovalyuta alışlarını davam etdirməsidir. Məsələn, dünən “Micro Strategy”nin əlavə 3 000 Bitcoin (155 milyon dollar) aldığı mediada açıqlandı.

“Mart ayında hər hansı maddi düzəliş baş verməzdən əvvəl bitcoin 58 min dollara və ya 60 min dollara qədər yüksələ bilər”, – deyə “Emerging Assets Group”un direktorlarından biri Vilyam Nobl bildirib.

O bildirir ki, Federal Ehtiyat Sisteminin kredit təşkilatlarına əlavə likvidlik vermək üçün nəzərdə tutulmuş Bank Müddətli Maliyyələşdirmə Proqramının martın 11-də başa çatması planlaşdırılır.

Bitcoin-in dəyəri 2024-cü ilin yanvarının sonu 40 min dolların altında idi.

 

3243424342

Seçilən
119
50
banker.az

10Mənbələr