AZ

Əri ilə sevgilisinin döydüyü həkim DANIŞDI: “İş yerinə getdim və onu o qadınla…”

Ərinin sevgilisi tərəfindən şiddətə məruz qalan həkim Aynur Əsədli hadisə ilə bağlı açıqlama verib.

A.Əsədli bildirib ki, həyat yoldaşı İbrahim Əsədlini onun iş yerində sevgilisi ilə birlikdə tutub:

“Mən ərimin iş yerinə təsadüfən gedib (evin düz yanındadır), onu o qadınla intim vəziyyətdə gördüm. Qadın 1978-ci il təvəllüdlü, Quba rayon sakinidir. Bu qadından yoldaşım canını qurtara bilmir. Ona yoldaşım elə bizim məhəlləyə, bizim evə yaxın bir ev tutub. Yazışmalarını görmüşdüm.

İş yerində yoldaşımla birlikdə tutdum, qadını söydüm, yoldaşıma da dedim seç, ya o əxlaqsız, ya mən. Bu zaman qadın yumruqla üstümə gəldi. Mən belə şey görməmişəm. Mən qışqıranda isə, ərim mənim ağzımı, başımı tutdu, qadın isə məni vurdu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
17
busaat.az

10Mənbələr