AZ

Alen Delonun evində odlu silah anbarı tapıldı

Fransız kino ulduzu Alek Delonun evində odlu silah anbarı aşkarlanıb.
 

Sfera.az bildirir ki, anbar aktyorun Parisdən 135 kilometr cənubda yerləşən Duş-Monkorbondakı kənd evində aşkarlanıb. Polis burada 3000-dən çox patron və atış tiri tapıb.

Məhkəmə icraçısı ziyarət zamanı aktyorun otağında silah görüb və bu barədə hakimə xəbərdarlıq etdikdən sonra aktyorun evində axtarış aparılıb. Prokuror Delonun odlu silaha sahib olmaq icazəsi olmadığını bildirib.

 

Qeyd edək ki, Alen Delonun sərvəti milyonlarla qiymətləndirilir. Keçən iyun ayında o, dəyəri səkkiz milyon avrodan çox olan 80-ə yaxın sənət əsərini hərraca çıxarıb.

 

Aynil
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
12
sfera.az

10Mənbələr