Sabah Ramazan ayının üçüncü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 13-nə imsak vaxtı saat 05:30-da, iftar vaxtı isə 19:00-dır.
Martın 13-ü üçün namaz vaxtları:
Sübh azanı | 05:35 |
Zöhr azanı | 12:50 |
Əsr azanı | 17:00 |
Məğrib azanı | 19:00 |
İşa azanı | 20:00 |
Üçüncü günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.
Tərcüməsi:
“İlahi, bu gün mənə ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”