AZ

Azad olunan əraziyə ezam olunan 2 polis əməkdaşı həlak olub

Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

Seçilən
224
38
azpost.info

10Mənbələr