AZ

"Kriminal xəbərləri verməməliyik" - EKSPERT İRAD BİLDİRDİ

“Pis xəbərlər tirajlandıqca artıq adiləşir. Yəni bu xəbəri tirajlayanlar əslində həmin hadisələrin təşviq edilməsinə səbəb olur. Bu baxımdan mətbuat intihar, cinayət və s. bu kimi xəbərlərin yayımlanmasında ehtiyyatlı olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.

Ekspert bildirib ki, intihar, cinayət xəbərlərinin verilməməsi daha məqsədəuyğundur: “Şəxsi qənaətimdir və illərdir təklif edirəm ki, bu xəbərlərin verilməsi dayandırılsın. Biz media olaraq çox da böyük ictimai əhəmiyyət daşımayan kriminal xəbərləri belə verməməliyik. O ki, qaldı bu cür ayrı-ayrı fərdlərin öz canına qıyması xəbərləri verilsin.

Ümumiyyətlə kriminal xəbərləri nə qədər verməsək, bir o qədər cəmiyyətin xeyrinə olar. Media mümkün qədər pozitivə köklənməli və insanları da pozitiv məsələlərə cəlb etməyə çalışmalıdır. Bu baxımdan sözügedən mənfi məzmunlu xəbərlərin verilməsinə qarşıyam. Düşünürəm ki, bu tip xəbərlər verilmədikcə bu cür hadisələrin artmasının da qarşısı alınacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
111
sia.az

1Mənbələr